XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:51:55 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Harri Keyn Çempionlar Liqasında nadir rekordu təkrarladı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Almaniyanın “Bavariya” klubunun hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında nadir göstəriciyə imza atıb.
İngiltərəli forvard turnirin əsas mərhələsinin ilk turunda Norveçin “Budyo-Qlimt” komandası ilə keçirilən və “Bavariya”nın 5:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada fərqlənib.
Bununla da Keyn Çempionlar Liqasında ardıcıl 8-ci matçda qol vurub.
Qeyd edək ki, turnirin tarixində bundan əvvəl yalnız üç futbolçu ardıcıl 8 və daha çox oyunda qol vurmağa nail olub. Bunlar Kriştianu Ronaldu, Robert Levandovski və Rud van Nistelroydur.
Beləliklə, Harri Keyn bu göstərici ilə Çempionlar Liqasının ən məhsuldar və ardıcıl qol vuran futbolçuları sırasına daxil olub.

Odlar.media

Etiketlər: