XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:24:39 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Mileyin London səfəri ləğv edildi: Folklend adaları gərginliyi artırır

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Argentina Prezidenti Xavyer Mileyin oktyabr ayında Böyük Britaniyaya planlaşdırılan səfəri ləğv edilib.
Məlumata görə, səfərin təxirə salınmasına Buenos-Ayreslə London arasında Folklend adaları ilə bağlı yaranan gərginlik səbəb olub.
EFE xəbər agentliyinin mənbələri bildiriblər ki, Miley oktyabrın sonlarında Böyük Britaniyaya iki günlük səfər etməyi planlaşdırırdı. Lakin Argentina hökumətinin Folklend adalarında fəaliyyət göstərən neft şirkətlərinə qarşı sanksiyalar və hüquqi tədbirlər elan etməsindən sonra səfərin ləğv edilməsi qərara alınıb.
Argentina hakimiyyəti Böyük Britaniyanın bir sıra neft şirkətlərinə, o cümlədən Rockhopper Exploration Hydrocarbons Limited, Rockhopper Exploration Oil Limited, Borders & Southern Falkland Islands Limited, Borders & Southern Petroleum PLC və Desire Petroleum Limited-ə qarşı məhkəmə iddiaları qaldırıb.
Bundan əvvəl İsrailin Navitas Petroleum Limited Partnership LP şirkəti və onun Britaniyadakı törəmə qurumları, eləcə də Kanadanın JHI Associates və Eco (Atlantic) Oil & Gas Ltd. şirkətlərinə qarşı da hüquqi proses başladılıb.
Adıçəkilən şirkətlərin hamısı Folklend adalarından təxminən 220 kilometr məsafədə yerləşən Sea Lion neft layihəsində iştirak edir.
Argentina hökuməti hesab edir ki, ölkənin kontinental şelfində aparılan bu fəaliyyətlər Buenos-Ayresin icazəsi olmadan həyata keçirilə bilməz. Rəsmi Buenos-Ayres bu cür fəaliyyətlərin Argentina qanunvericiliyini pozduğunu bildirir.

Odlar.media

Etiketlər: