XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:24:29 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Özəl bağçalara dövlət dəstəyi genişləndirilir: 10 min uşaq proqramdan yararlanacaq

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Azərbaycanda ailələrin özəl məktəbəqədər təhsil xidmətlərindən yararlanmasını asanlaşdıran dövlət–özəl əməkdaşlığı modeli genişləndirilir.
Bu barədə təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məlumat verib.
Onun sözlərinə görə, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə tətbiq olunan modellərdən biri özəl bağçaların mövcud potensialından istifadə edilməsidir. Bu yanaşma ailələrə dövlət dəstəyi hesabına özəl məktəbəqədər təhsil xidmətlərindən yararlanmaq imkanı verir.
Eşqi Bağırov bildirib ki, ötən il sözügedən proqramdan təxminən 4 min uşaq yararlanıb. Cari ildə isə bu göstəricinin 10 min uşağa çatdırılması planlaşdırılır.
Agentlik rəhbəri qeyd edib ki, məktəbəqədər təhsilin əhatəsinin artırılması yalnız yeni bağçaların inşası hesabına deyil, mövcud dövlət infrastrukturu, məktəbəhazırlıq qrupları, icma modeli və dövlət–özəl əməkdaşlığı vasitəsilə həyata keçirilir.
Onun sözlərinə görə, mövcud dinamika nəzərə alınmaqla, ilin sonuna müəyyən edilmiş 50 faizlik əhatə hədəfinə çatmaq mümkün olacaq.

Odlar.media

Etiketlər: