XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:24:32 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Qarabağ” və “Dilbaz” atlarına görə illik subsidiya veriləcək

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış “Qarabağ” və “Dilbaz” cinsli atların saxlanmasına görə illik heyvan subsidiyası tətbiq ediləcək.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Məlumata görə, subsidiyaların məbləği atların yaşına və damazlıq statusuna uyğun müəyyənləşdirilib. Belə ki:
2 yaşadək dayçalar üçün — 600 manat/baş;
2 yaşdan yuxarı damazlıq dişi atlar üçün — 800 manat/baş;
damazlıq ayğırlara — 1000 manat/baş illik subsidiya veriləcək.
Subsidiya əldə etmək üçün atların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olması, elektron çiplənməsi və valideyn mənsubiyyətinin DNT testi ilə təsdiqlənməsi əsas şərtlərdən olacaq.
Nazirlik qeyd edib ki, bu tədbir milli at cinslərinin genofondunun qorunmasına, onların sayının artırılmasına və damazlıq işinin inkişafına xidmət edəcək.

Odlar.media

Etiketlər: