Mətn:
Odlar.media xəbər verir ki, Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemləri ötən gecə Ukrayna ordusuna məxsus 777 pilotsuz uçuş aparatını (PUA) vurub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna PUA-ları Rusiyanın müxtəlif regionları ilə yanaşı, Qara və Xəzər dənizləri üzərində də zərərsizləşdirilib.
Bildirilib ki, pilotsuz uçuş aparatları Lipetsk, Nijni Novqorod, Saratov və Samara vilayətləri, Perm diyarı, Mari El Respublikası və Udmurtiya üzərində ələ keçirilib.
Rusiya MN-in yaydığı məlumatda hadisənin detalları və vurulan PUA-ların hansı istiqamətlərdən buraxıldığı barədə əlavə məlumat verilməyib.
Odlar.media