Odlar.media xəbər verir ki, Türkiyənin Kastamonu şəhərində işdən çıxarılan şəxs bələdiyyə binasının qarşısına qılınc və səs tapançası ilə gələrək həyəcanlı anlara səbəb olub.
Türkiyə mətbuatının məlumatına görə, M.Ö. əlində qılınc və səs tapançası ilə Kastamonu Bələdiyyəsinin qarşısında gözləməyə başlayıb. Hadisəni görən vətəndaşlar dərhal 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər.
M.Ö. bir neçə dəfə “Çörəyimlə oynadınız” deyə qışqıraraq Bələdiyyə sədri Hasan Baltacı ilə görüşmək istədiyini bildirib.
Əsəbi vəziyyətdə olan şəxs daha sonra səs tapançası ilə havaya bir neçə dəfə atəş açıb. Hadisə yerinə gələn polis əməkdaşları onunla danışaraq vəziyyəti sakitləşdirib və M.Ö.-nü saxlayıblar.
Məlumata görə, şəxs bələdiyyədəki işindən çıxarıldığı üçün bu addımı atıb və hadisə zamanı göz yaşlarını saxlaya bilməyib.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Odlar.media