XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:50:48 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Tramp: İranla müharibə Konqres seçkilərindən dərhal sonra başa çatmalıdır

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin noyabr ayında keçiriləcək Konqres seçkilərindən dərhal sonra başa çatacağını düşündüyünü bildirib.
Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
“Bu, seçkilərdən dərhal sonra başa çatmalıdır. Bəlkə seçkilərədək də başa çatacaq, amma məncə, bu, seçkilərdən dərhal sonra baş verəcək”, – deyə ABŞ lideri qeyd edib.
Qeyd edək ki, ABŞ-da Konqresə aralıq seçkilərin noyabrın 3-də keçirilməsi nəzərdə tutulur. Seçkilərdə Senatın 100 üzvündən 33-ü, eləcə də Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək.

Odlar.media

Etiketlər: