Odlar.media xəbər verir ki, sentyabrın 11-də Bakı, Abşeron və Sumqayıtın bir sıra ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
“Azərişıq” ASC-dən bildirilib ki, elektrik enerjisinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə müxtəlif ərazilərdə təmir işləri aparılacaq.
Yasamal rayonu: Saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi, İsmayıl Talıblı, Ümid Əkbərov və Vasif Əliyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Abşeron rayonu: Saat 09:30-dan 17:00-dək Aşağı Güzdək qəsəbəsi və Atyalı yaşayış massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq.
Bundan başqa, saat 10:00-dan 17:00-dək Xırdalan şəhərinin Həsən Əliyev küçəsi, Masazır qəsəbəsinin Rafiq Dünyamalıyev küçəsi, Ceyranbatan gölünün yuxarı ərazisi, eləcə də Yeni Saray yolunun sağ və sol hissələrində planlı fasilə olacaq.
Sumqayıt: Saat 10:00-dan 15:00-dək Saray qəsəbəsində Məhərrəm Seyidov və Zərifə Əliyeva küçələrinin, Yeni Saray yaşayış massivinin və Saray postu ətrafının bəzi hissələrinin elektrik enerjisi ilə təchizatında məhdudiyyət yaranacaq.
“Azərişıq” bildirir ki, təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.
Odlar.media