Odlar.media xəbər verir ki, Avropanın əsas qaz ticarəti mərkəzlərində növbəti gün üçün təslim ediləcək təbii qazın qiyməti 1 000 dolları ötüb.
Bu barədə “Gazprom” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Şirkətin açıqlamasında bildirilib ki, qaz qiymətlərinin bu səviyyəyə yüksəlməsi 2022-ci ilin sonlarında yaşanan enerji böhranı dövrünün göstəriciləri ilə müqayisə oluna bilər.
“Gazprom”un “Gas Infrastructure Europe” məlumatlarına istinadən yaydığı informasiyaya görə, sentyabrın 8-nə Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi 67,3 faiz təşkil edib. Anbarlardakı aktiv qaz ehtiyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 milyard kubmetr azdır.
Şirkət qeyd edib ki, payız və qış mövsümünün yaxınlaşması fonunda Avropanın qaz anbarlarındakı ehtiyatların azalması qiymətlərin yüksəlməsinə səbəb olur. Bu vəziyyət qarşıdakı istilik mövsümündə qaz təchizatının etibarlılığı ilə bağlı narahatlıqları artırır.
Odlar.media