XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:24:29 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Gavalı ürək-damar sağlamlığını qoruyur, xolesterolu azaldır və osteoporoz riskini aşağı salır

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, dietoloq Makişa Alekseyeva payız aylarında geniş istifadə olunan gavalının insan sağlamlığı üçün bir sıra mühüm faydalarının olduğunu açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, tünd mavi, bənövşəyi və qırmızı rəngli gavalılar antosianlarla zəngindir. Bu antioksidantlar ürək-damar sisteminin qorunmasına, ateroskleroz riskinin azalmasına və damarların sağlamlığının dəstəklənməsinə kömək edə bilər.
Gavalının digər üstün xüsusiyyəti isə yüksək lif tərkibidir. Lif bağırsaqların fəaliyyətini yaxşılaşdırmaqla yanaşı, qanda xolesterinin səviyyəsinin normallaşdırılmasına da dəstək olur.
Meyvənin tərkibində C vitamini, kalium və maqnezium kimi faydalı maddələr də var. Bu komponentlər qan təzyiqinin tənzimlənməsinə və ürək-damar sisteminin normal fəaliyyətinə müsbət təsir göstərə bilər.
Gavalının sümük sağlamlığı baxımından da əhəmiyyətli olduğu bildirilir. Tərkibindəki K vitamini sümük metabolizmində mühüm rol oynayır və kalsiumun orqanizmdə səmərəli istifadəsinə kömək edir.
Xüsusilə menopauza dövründə olan qadınlara gavalı və quru ərik kimi meyvələrin rasiona daxil edilməsi tövsiyə olunur. Bu məhsullar sümük toxumasının qorunmasına və osteoporoz riskinin azaldılmasına dəstək verə bilər.
Bununla belə, xroniki xəstəlikləri və ya mədə-bağırsaq problemləri olan şəxslərin gavalıdan istifadə zamanı ehtiyatlı olmaları və fərdi qidalanma tövsiyələri üçün həkimlə məsləhətləşmələri məqsədəuyğundur.

Odlar.media

Etiketlər: