XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:50:48 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Oman sahilləri yaxınlığında naməlum şəxslər tərəfindən iki gəmiyə hücum edilib.

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Oman sahilləri yaxınlığında naməlum şəxslər tərəfindən iki gəmiyə hücum edilib.
Bu barədə “Reuters” Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiya Mərkəzinə (UKMTO) istinadən məlumat yayıb.
Məlumata görə, Xəsəb şəhərindən təxminən 4 dəniz mili qərbdə iki gəmiyə naməlum şəxslər tərəfindən ümumilikdə dörd mərmi atılıb. Hücum nəticəsində gəmilərdən birində yanğın baş verib.
UKMTO bildirib ki, ikinci gəminin ekipaj üzvlərinin və ya sərnişinlərinin vəziyyəti barədə hələlik məlumat yoxdur.
Hadisənin səbəbləri və hücumun arxasında kimin dayandığı araşdırılır.

Odlar.media

Etiketlər: