XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:24:36 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Çin rəsmisi: Bakı Limanı Avropaya açılan mühüm qapıdır

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Bakı Limanı Xəzər dənizinin qərb sahilində Avropaya açılan mühüm nəqliyyat və logistika qapısı olmaqla böyük inkişaf potensialına malikdir.
Bunu jurnalistlərə açıqlamasında Çinin Lyanyunqan limanının xarici əlaqələr üzrə vitse-prezidenti Jiang Vei deyib.
Onun sözlərinə görə, Lyanyunqan limanı ilə Bakı Limanı arasında 2018-ci ilin ortalarından etibarən sıx tərəfdaşlıq münasibətləri formalaşıb.
“2024-cü ildə biz Transxəzər daşımaları haqqında çərçivə sazişi imzaladıq. 2025-ci ildə isə əməkdaşlığı daha da dərinləşdirərək ətraflı danışıqlar apardıq”, – deyə Jiang Vei bildirib.
Çin rəsmisi Azərbaycan tərəfi ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini vurğulayıb. O, “Azərbaycan Dəmir Yolları” QSC və Bakı Limanı ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Jiang Veinin sözlərinə görə, o, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovla görüşərək qarşılıqlı əməkdaşlıq məsələlərini ətraflı müzakirə edib.
Qeyd edək ki, Bakı Limanı Şərq-Qərb nəqliyyat bağlantısında mühüm rol oynayır və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında əsas logistika mərkəzlərindən biri kimi çıxış edir.

Odlar.media

Etiketlər: