XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:25:06 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Zərdabdakı ağır qəza: Həlak olanlardan biri müəllim imiş

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Zərdab rayonunda baş verən və 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında həlak olanlardan birinin müəllim olduğu məlum olub.
Qəzada həyatını itirən minik avtomobilinin sürücüsü, 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov Məmmədqasımlı kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi çalışıb.
Məlumata görə, Elyar Məhəmmədov iki il əvvəl keçirilən sertifikasiya imtahanında 53 bal toplayıb.
Hadisə nəticəsində, həmçinin 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimova həyatını itirib.
Qeyd edək ki, Zərdabda baş verən ağır yol qəzası nəticəsində 5 nəfərin öldüyü barədə məlumat yayılıb.

Odlar.media

Etiketlər: