Mətn:
Odlar.media xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Media və Yayım Şurası sədrinin və üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Əhməd Məhəmməd oğlu İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib.
Sərəncamla Məhəmməd İzzət oğlu Abdullayev, Aynur Əliövsət qızı Bəşirli, Rəqsanə Tofik qızı Kərimova, Fərhad Rauf oğlu Məmmədov, İlkin İlqar oğlu Nadirov və Fazil Hacıverdi oğlu Novruzov Media və Yayım Şurasının üzvləri təyin olunublar.
Qeyd edək ki, sərəncam 8 sentyabr 2026-cı il tarixində imzalanıb.
Odlar.media