XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:29:19 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Xocalıda ANAMA əməkdaşı minaya düşüb — xəsarət alıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Xocalı rayonunun Daşkənd kəndi ərazisində sentyabrın 10-da mina hadisəsi baş verib.
Bu barədə APA-ya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, 1990-cı il təvəllüdlü ANAMA əməkdaşı Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alıb.
Hadisə zamanı əməkdaşın sol ayağı xəsarət alıb. O, dərhal rayon xəstəxanasına təxliyə edilib.
ANAMA əməkdaşının vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Odlar.media

Etiketlər: