XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:24:34 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

“Vanlı Kara Haydar” saxlanıldı – toy görüntüləri ilə bağlı araşdırma başladı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, sosial mediada “Vanlı Kara Haydar” ləqəbi ilə tanınan Mehmet Fatih Tançalan gecə saatlarında keçirilən polis əməliyyatı zamanı saxlanılıb.

Türkiyə mediasına istinadən xəbər verilir ki, bir neçə gün əvvəl sosial media fenomeni Çağla Özlə evlənən Mehmet Fatih Tançalanın Van şəhərində keçirilən toyundan yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bununla əlaqədar Van Respublika Prokurorluğu tərəfindən Mehmet Fatih Tançalan barəsində araşdırma başladılıb.

Barəsində 25 ayrı hadisə üzrə araşdırma aparıldığı bildirilən Tançalan bu gün saat 03:00 radələrində Muradiyə rayonundakı evində polis əməkdaşları tərəfindən saxlanılıb. O, istintaq tədbirlərinin davam etdirilməsi üçün Van İl Polis İdarəsinin Asayiş Şöbəsinə aparılıb.

Bundan başqa, Mehmet Fatih Tançalanın sosial mediada yayılan görüntüləri, eləcə də toy mərasimində ona taxıldığı iddia edilən külli miqdarda qızıl-zinət əşyaları da araşdırılır. Qızılların və digər əmlakın mənbəyinin müəyyənləşdirilməsi məqsədilə maliyyə araşdırması aparılır.

Hüquq-mühafizə orqanlarının tələbi ilə Türkiyənin Maliyyə Cinayətlərinin Araşdırılması Şurasından (MASAK) da məsələ ilə bağlı araşdırma aparılması istənilib.

Hazırda şübhəlinin polis şöbəsindəki prosedurları davam edir. Proses başa çatdıqdan sonra onun Van Respublika Prokurorluğuna göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, toya Azərbaycanda “Baylarsoy” adı ilə tanınan bloger Arifə Məmmədova, onun həyat yoldaşı və bloger Fidan Zeyn də qatılıb.

Odlar.media

Etiketlər: