Mətn:
Odlar.media xəbər verir ki, Türkiyənin Super Həvəskar Liqasında mübarizə aparan “Turgutluspor” klubuna 22 yaşlı Zeynep Mestan baş məşqçi təyin edilib.
Türkiyə mediasının yaydığı məlumata görə, 2004-cü il təvəllüdlü Zeynep Mestan komandanın baş məşqçisi vəzifəsinə gətirilib. O, bu vəzifəyə təyin olunan ən gənc qadın məşqçilərdən biri kimi diqqət çəkib.
Qeyd edək ki, “Turgutluspor” Manisa vilayətinin Turgutlu rayonunu təmsil edir.
Odlar.media