XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:29:13 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Məleykə Əsədova qızının ad gününü belə təbrik etdi: “Mənim ürəyim”

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Xalq artisti, tanınmış aktrisa Məleykə Əsədova qızı Gülərin ad günü münasibətilə sosial media hesabında paylaşım edib.
Aktrisa övladı ilə fotosunu paylaşaraq ona duyğusal sözlər ünvanlayıb.
“Ad günün mübarək, mənim ürəyim. Ən başlıcası, sağlam ol! Ən yaxın dostun hər saniyə “ağıl”olsun. Bu çətin, keşməkeşli həyatda Allah səni xətadan, bəladan, mərdiməzardan qorusun.
Göydə Allah, yerdə torpağın gücü səni qorusun və güc versin. Varlığınla, tərbiyənlə, savadınla Azərbaycanın və mənim fəxrim ol.
Sərbəst həyata ilk addımını atdın. Bu yolda uğurlar və işıqlar həyatını bəzəsin. Amin. Təbriklər”, – deyə M. Əsədova qeyd edib.
Qeyd edək ki, Gülər universiteti başa vurduqdan sonra magistraturaya qəbul olub.

Odlar.media

Etiketlər: