XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:29:14 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Umayra Tağıyeva: Azərbaycanda ekstremal hava hadisələri artır

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Azərbaycanda son illərdə ekstremal hava-iqlim hadisələrinin sayı və intensivliyi əhəmiyyətli dərəcədə artıb.
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “Süni intellektin çoxsaylı təhlükələrə dair erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları” mövzusunda panel sessiyada deyib.
Nazir müavini bildirib ki, Azərbaycan iqlim dəyişmələrinin təsirlərinə həssas ölkələr sırasında yer alır. Onun sözlərinə görə, ölkənin iqlim dəyişmələrinə həssaslıq indeksinin qiymətləndirilməsi son 10 il ərzində ekstremal hava-iqlim hadisələrinin sayında və intensivliyində ciddi artım olduğunu göstərir.
Umayra Tağıyeva qeyd edib ki, bu tendensiya iqlim məsələlərinin müxtəlif sektorlarda inkişaf planlarına daha geniş şəkildə inteqrasiyasını zəruri edir.
“Avropada müşahidə olunan şiddətli istilər, Nepalda baş verən dağıdıcı sellər və dünyanın bir çox ölkəsində qeydə alınan digər iqlim hadisələri göstərir ki, bu məsələyə daha həssas yanaşmaq lazımdır”, – deyə nazir müavini vurğulayıb.
O əlavə edib ki, rəsmi araşdırmalara əsasən, erkən xəbərdarlıq sistemlərinin tətbiqi iqlim hadisələrinin yaratdığı zərərləri 30 faizə qədər azalda bilər.
Nazir müavini süni intellektin bu sahədə yeni imkanlar yaratdığını da diqqətə çatdırıb:
“Hazırda dünya süni intellektin təsiri ilə ciddi transformasiyalardan keçir və yeni imkanlara doğru irəliləyir. Bu məsələnin əhəmiyyəti bütün qlobal platformalarda öz təsdiqini tapmaqdadır”.

Odlar.media

Etiketlər: