XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:24:27 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Macarıstan Rusiyanın 10 diplomatını ölkədən çıxarır

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Macarıstan Rusiyanın Budapeştdəki səfirliyinin 10 əməkdaşının ölkəni tərk etməsini tələb edib.
Macarıstanın xarici işlər naziri Anita Orban bildirib ki, həmin şəxslər Vyana Konvensiyası çərçivəsində diplomat statusu ilə uyğun gəlməyən fəaliyyətlərlə məşğul olublar. Diplomatların konkret hansı fəaliyyətlərə görə ölkədən çıxarıldığı açıqlanmayıb.
Nazirin sözlərinə görə, qərar Macarıstanın milli təhlükəsizliyinin və suverenliyinin qorunmasına xidmət edir.
“Bu, Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi demək deyil. Macarıstan qarşılıqlı hörmət və müəyyən edilmiş qaydalara əsaslanaraq zəruri dialoqu davam etdirmək niyyətindədir”, – Anita Orban qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyi isə diplomatların ölkədən çıxarılmasına “adekvat cavab” veriləcəyini açıqlayıb.
Qeyd edək ki, Macarıstanın bu addımı ölkənin yeni hökumətinin Rusiya ilə münasibətlərə yanaşmasında dəyişikliklərin fonunda baş verir.

Odlar.media

Etiketlər: