Avropa Merts istefa verməyəcək: CDU ağır məğlubiyyətə uğradı 08 Sentyabr 2026 • 14:04 • Odlar MEDİA • 👁 18 baxış Mətn: A− A A+ Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt Bağlantını kopyala Başlığı kopyala Çap et Odlar.media xəbər verir ki, Almaniya kansleri Fridrix Merts Saksoniya-Anhalt əyalətində ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının tarixi qələbəsindən sonra istefa verməyəcəyini açıqlayıb. Merts Berlində jurnalistlər qarşısında çıxışı zamanı seçkinin nəticələrinin rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqını (CDU) “təməlindən sarsıtdığını” etiraf edib. Kansler bildirib ki, bu, CDU-nun son illərdə, hətta son onilliklər ərzində üzləşdiyi ən ağır seçki məğlubiyyətlərindən biridir. O, nəticələrin siyasi məsuliyyətini qəbul etsə də, kansler vəzifəsindən istefa vermək niyyətində olmadığını vurğulayıb. AfD-nin qələbəsi Almaniyada II Dünya müharibəsindən sonra ifrat sağçı siyasi qüvvənin regional seçkilərdə əldə etdiyi ən böyük uğurlardan biri kimi qiymətləndirilir. Mertsə qarşı ictimai narazılığın səviyyəsi də diqqət çəkir. Son sorğulardan birinə əsasən, Saksoniya-Anhalt sakinlərinin cəmi 9 faizi kanslerin siyasətindən razı olduğunu bildirib. Qeyd edək ki, AfD seçkidə təxminən 44 faiz səs toplayaraq CDU-nu böyük fərqlə geridə qoyub. Odlar.mediaREKLAMPR məqalənizi Odlar MEDİA-da yerləşdirinƏTRAFLI BAX →