XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:28:54 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

İMA platformasının yeni maskotu “Simi” təqdim edilib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, SİMA Rəqəmsal Həllər Platformasının yeni rəsmi maskotu – “Simi” ictimaiyyətə təqdim olunub. Robotik sincab obrazında hazırlanan “Simi” platformanın yeni vizual siması olacaq.

Maskotun obrazı olaraq sincabın seçilməsi təsadüfi deyil. Təbiətdə faydalı resursları toplayan və qoruyan sincab zəhmətkeşlik, çeviklik və pozitivlik kimi xüsusiyyətlərlə əlaqələndirilir. Bu xüsusiyyətlərin rəqəmsal mühitdə məlumatların təhlükəsiz qorunması və istifadəçilər üçün rahat təcrübə prinsipləri ilə uzlaşdığı bildirilir.

“Simi”nin SİMA Platformasının 5 alt məhsulu üzrə kommunikasiya kanallarında istifadəsi nəzərdə tutulur. Maskotun hazırlanmasında məqsəd xidmət sahəsində innovativ trendlərin tətbiqi və istifadəçi təcrübəsinin daha da təkmilləşdirilməsidir.

Bildirilib ki, SİMA-nın yeni vizual strategiyası rəqəmsal xidmətlərin istifadəçilərə daha sadə, anlaşılan və əyləncəli formada çatdırılmasını hədəfləyir.

“Simi”nin yaxın vaxtlarda SİMA-nın bütün kommunikasiya kanallarında və rəqəmsal interfeyslərində istifadəyə verilməsi planlaşdırılır. Platforma dostcanlı və sevimli görünüşə malik maskot vasitəsilə texnologiyanı müxtəlif istifadəçi qrupları üçün daha anlaşılan və səmimi təqdim etməyi qarşıya məqsəd qoyub.

SİMA Rəqəmsal Həllər Platforması

SİMA Rəqəmsal Həllər Platforması “AzInTelecom” MMC tərəfindən yaradılıb. Bulud və biometrik texnologiyalara əsaslanan rəqəmsal ekosistem identifikasiya, elektron imzalama və ödəniş proseslərini rəqəmsallaşdırır.

Platformaya “SİMA İmza”, “SİMA KYC”, “SİMA Access”, “SİMA Token” və “SİMA Pay” məhsulları daxildir. SİMA vətəndaşlar, dövlət qurumları və özəl sektor üçün məsafədən rahat, çevik və təhlükəsiz xidmət mühiti təqdim edir.

Ətraflı məlumat üçün SİMA-nın rəsmi saytına daxil olmaq mümkündür.

Odlar.media xəbər verir ki, “Simi”nin istifadəyə verilməsi platformanın rəqəmsal xidmətlərinin daha müasir və istifadəçi yönümlü formada təqdim edilməsinə hesablanı

Etiketlər: