XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:24:14 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Bakıda Türkiyə vətəndaşının çantasını oğurlayan şəxs saxlanılıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Bakının Nizami rayonunda Türkiyə vətəndaşının çantasının oğurlanması ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilib.

Hadisə Qara Qarayev prospekti, 74 ünvanında yerləşən “Maklerlər parkı” ərazisində baş verib. Türkiyə vətəndaşı Sarıgol Hüseyinə məxsus çantanın gizli yolla oğurlanması nəticəsində zərərçəkmiş şəxsə 10 manat məbləğində maddi ziyan dəyib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı həmin şəxsin Nizami rayonunun B. Nuriyev küçəsində yerləşən binalardan birinin həyətindən 350 manat dəyərində velosiped də oğurladığı müəyyənləşdirilib.

Oğurluqda şübhəli bilinən Ağdaş rayon sakini, 1978-ci il təvəllüdlü Adil Əsədovun (ad və soyad şərti verilib – red.) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib.

Nizami Rayon Məhkəməsinin qərarı ilə Adil Əsədov 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Odlar.media xəbər verir ki, hadisə ilə bağlı araşdırmalar qanunvericiliyin tələblərinə uyğun davam etdirilir.

Etiketlər: