Mətn:
Odlar.media xəbər verir ki, Türkiyənin Antalya şəhərinin Aksu, Kepez və Serik rayonlarında meşə yanğınları baş verib.
“NTV”nin məlumatına görə, yanğınlar yaşayış məntəqələrinə yaxınlaşıb. Alovun yayılması nəticəsində bir neçə evin yandığı, təhlükə səbəbindən digər evlərin sakinlərinin isə təxliyə edildiyi bildirilib.
Hazırda yanğınların söndürülməsi istiqamətində qurudan və havadan müdaxilə tədbirləri davam etdirilir.
Odlar.media xəbər verir ki, yanğınların tam nəzarətə götürülməsi və zərərin həcminin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir.