Odlar.media xəbər verir ki, küləkli hava şəraiti ilə əlaqədar baş verən hadisələr nəticəsində 4 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, güclü küləyin təsiri nəticəsində üç qadın və bir kişi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Xəsarət alan şəxslərə tibbi yardım göstərilib. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. Həmçinin ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.
Mütəxəssislər güclü külək zamanı vətəndaşları diqqətli olmağa, mümkün qədər açıq ərazilərdə, ağacların, reklam konstruksiyalarının və digər təhlükə yarada biləcək obyektlərin yaxınlığında dayanmamağa çağırıblar.
Odlar.media