Mətn:
Odlar.media xəbər verir ki, dünya bazarlarında neftin qiyməti artmaqda davam edir.
Hazırda “Brent” markalı neftin bir barreli 97,44 dollar, yüngül neftin (WTI) bir barreli isə 92,82 dollar təşkil edir. Reuters-in məlumatına görə, neft qiymətlərindəki artım Yaxın Şərqdə davam edən gərginlik və qlobal neft tədarükü ilə bağlı narahatlıqlarla əlaqələndirilir.
Azərbaycanın “Azəri Layt” markalı neftinin qiyməti də artıb. Belə ki, bir gün əvvəl “Azəri Layt”ın bir barrelinin qiyməti 3,11 ABŞ dolları və ya 2,98 faiz yüksələrək 107,31 dollara çatıb.
Neft bazarında qiymət artımının davam etməsində geosiyasi gərginlik və tədarük zəncirində yarana biləcək fasilələrlə bağlı risklər əsas amillər sırasında göstərilir.
Odlar.media