Mətn:
Odlar.media xəbər verir ki, Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini, 2001-ci il təvəllüdlü H. Sadıqov bıçaqlanma xəsarəti ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məlumata görə, yaralının vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Odlar.media