Mətn:
Odlar.media xəbər verir ki, Xalq artisti, tanınmış xanəndə Alim Qasımov qızı Dilrubə ilə bağlı paylaşım edib.
Sənətçi paylaşımında qızını təbrik edərək ona xoş arzularını çatdırıb.
“Evimizin gülüşü, qızım Dilrubə, səni ürəkdən təbrik edirəm. Övladlarınla birgə sağlam, bərəkətli, xoş yaşlara, illərə, inşallah. Yaxşı ki, varımsan”, – deyə Alim Qasımov bildirib.
Qeyd edək ki, Xalq artistinin üç övladı var.
Odlar.media