Odlar.media xəbər verir ki, Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda sıxlığın müşahidə olunduğu əsas yollar:
Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;
“20 Yanvar” dairəsi;
1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində;
Heydər Əliyev prospekti – əsas yol, şəhər mərkəzi istiqamətində;
Heydər Əliyev prospekti – köməkçi yol, şəhər mərkəzi istiqamətində;
Yusif Səfərov küçəsi – şəhər mərkəzi istiqamətində;
Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər;
Binəqədi şosesi – “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində;
Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından şəhər mərkəzi istiqamətində.
Sürücülərə qeyd olunan ərazilərdə diqqətli olmaları, hərəkət zamanı məsafə saxlamaları və mümkün olduğu halda alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.
Odlar.media