XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 16:29:26 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 4-də saat 10:00-dan etibarən Bakının Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, Xətai rayonunda M.Rüstəmov, Sarayevo və Neapol küçələrinin bir hissəsində, Suraxanı rayonunun Əmircan qəsəbəsində isə H.Axundlu küçəsində qazın verilişi işlər yekunlaşanadək müvəqqəti məhdudlaşdırılacaq.
Qaz təchizatının nə vaxt bərpa olunacağı aparılan təmir-quraşdırma işlərinin başa çatma müddətindən asılı olacaq.

Odlar.media

Etiketlər: