🌐 Keçmişin izi, gələcəyin sözü
04 Sentyabr 2026, saat 11:47   •   🌡️ Bakı

Biləsuvarda tranzit yük maşınında 25 kiloqramdan çox marixuana aşkarlandı

Odlar.media xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Komitənin məlumatına görə, hadisə “Biləsuvar” gömrük postunda qeydə alınıb. Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “təzə soğan” yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin iştirakı ilə yoxlamaya cəlb edilib.
Yoxlama zamanı nəqliyyat vasitəsində yükün yerləşdirildiyi taxta paletlərin alt hissəsində kustar üsulla hazırlanmış gizli saxlanc yeri aşkarlanıb.
Həmin bölmədən gömrük nəzarətindən gizlədilən 80 bağlama, ümumi xalis çəkisi 25 kiloqram 570 qram olan qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı araşdırma davam etdirilir.

Odlar.media