Odlar.media xəbər verir ki, Gürcüstanın həbsdə olan sabiq Baş naziri İrakli Qaribaşvili hüquq müdafiəçisi Lazare Corbenadzenin ölümü ilə bağlı aparılan istintaqa cəlb edilib.
Məlumata görə, Gürcüstan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin nümayəndələri Qaribaşvilinin cəzasını çəkdiyi Rustavi şəhərindəki 12 saylı penitensiar müəssisəyə gedərək onunla görüşüblər.
Sabiq Baş nazirin hüquq müdafiəçisi Lazare Corbenadzenin ölümünün səbəbləri ilə bağlı yaydığı son müraciətində səsləndirdiyi fikirlərlə əlaqədar dindirildiyi bildirilir. Qaribaşvili həmin müraciətində Corbenadzenin intiharının əsl səbəbinin araşdırılmasına diqqət çəkib.
Qeyd edək ki, Gürcüstan Baş Prokurorluğu hüquq müdafiəçisi Lazare Corbenadzenin bu il aprelin 4-də intihar etdiyini açıqlayıb. İstintaq çərçivəsində Qaribaşvili ilə yanaşı, bir neçə müxalifətçinin də dindiriləcəyi bildirilib.
İrakli Qaribaşvili hazırda başqa cinayət işi üzrə aldığı 5 illik həbs cəzasını Rustavidəki penitensiar müəssisədə çəkir.
Odlar.media
