🌐 Keçmişin izi, gələcəyin sözü
03 Sentyabr 2026, saat 19:03   •   🌡️ Bakı

Ukrayna XİN rəhbəri: Yaxın günlərdə Rusiya ilə sülh danışıqlarında ciddi irəliləyiş olacaq

Odlar.media xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiya ilə Ukrayna arasında aparılan sülh danışıqlarında yaxın günlərdə əhəmiyyətli irəliləyişin baş verəcəyini açıqlayıb.
Sibiqa bu barədə Kiyevdə Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarla birgə keçirdiyi mətbuat konfransında danışıb.
Ukraynalı nazir qarşıdakı proseslə bağlı konkret detalları açıqlamaqdan imtina edib. O, yaxın günlərdə sülh danışıqları ilə bağlı mühüm xəbərlərin olacağına işarə edib.
“Hazırda heç bir detal açıqlamayacağam. Lakin xəbərləri izləməyə davam edin. Yaxın günlərdə sülh danışıqlarında əhəmiyyətli irəliləyiş görəcəksiniz”, – deyə Sibiqa bildirib.
Qeyd edək ki, son günlər Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik təmasların intensivləşdiyi barədə açıqlamalar səslənir. Rusiya Prezidenti Vladimir Putin də sentyabrın 2-də ölkəsinin sülh danışıqlarına hazır olduğunu bildirib.

Odlar.media