🌐 Keçmişin izi, gələcəyin sözü
03 Sentyabr 2026, saat 16:04   •   🌡️ Bakı

Türkiyədən Şengen vizasına 1,2 milyondan çox müraciət edilib – 14,6 faizi rədd olunub

Odlar.media xəbər verir ki, 2025-ci ildə Türkiyədən Şengen vizası üçün təxminən 1,25 milyon müraciət daxil olub və müraciətlərin 14,6 faizi rədd edilib.
Avropa Komissiyasının məlumatına görə, Türkiyə bu göstərici ilə Çindən sonra dünyada Şengen vizası üçün ən çox müraciət edən ikinci ölkə olub.
Türkiyədən ən çox müraciət Yunanıstana edilib. Ölkəyə təxminən 311 min müraciət daxil olub və onların 38,5 faizi rədd edilib. Almaniyaya isə 218 min müraciət olunub və müraciətlərin 27 faizi mənfi cavablandırılıb.
Mütəxəssislər bildirirlər ki, Şengen vizası üçün müraciət səfərin əsas təyinat ölkəsinin konsulluğuna təqdim edilməlidir. Başqa sözlə, vizanı daha asan əldə etmək məqsədilə səfər planında əsas olmayan ölkəyə müraciət etmək düzgün hesab olunmur.
Avropa Komissiyasının məlumatına əsasən, Türkiyədən Şengen vizası müraciətlərinin sayı son illərdə yüksək olaraq qalır.

Odlar.media