Odlar.media xəbər verir ki, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, əvvəllər məhkum olunmuş 37 yaşlı Xaqani İbişov və 27 yaşlı Rəşad Quliyev tutulub. Onlardan ümumilikdə 3 kiloqram narkotik vasitə aşkarlanaraq götürülüb.
Araşdırma zamanı saxlanılan şəxslərin narkotik vasitələri satış məqsədilə İran vətəndaşından əldə etdikləri müəyyənləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Odlar.media
