XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:55:36 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Dalğaların Yazdığı Şeir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

DƏNİZİMİZ VAR DEMƏKLƏ

dənizimiz var deməklə
dəniz ki bizim deyildir.
qələmimiz yazırsa da,
bir söz ki bizim deyildir…

istərsən tut qulağını,
pıçıltım da lap ucadan;
şərə aparıb çıxaran
bir iz ki bizim deyildir…

dənlik bizim, dən bizimmi–
yalana inanançı,
a xırmançı, dəyirmançı,
bir toz ki bizim deyildir…

dilimizin qabarına
əlimizinki çatmır ha…
o gözə işıq salmayan
bu göz ki bizim deyildir…

çətin olur yol yürümək,
dayanmaq ondan da betər…
əgər bilsən, baş bizimdir,
qapaz ki bizim deyildir…

hər ağlına çörək yeyən
ağlını bir işlədə də;
olanımız, olmazımız
bilməzmi bizim deyildir…

haqq gəzib haqqa varmayan
ayağa daş bağlanmalı…
utanmayan, qızarmayan
bu üz ki bizim deyildir…

darı bitirən zəmimiz
göz işlədikcə uzansın…
zəmi bizim, darı bizim,
donuz ki bizim deyildir…

görən, kimsə fərqindəmi
gedən canlar bəs kimindi;
ağacdakı bir yarpaq da
ya yüz ki bizim deyildir?!.

Müəllif: Şakir Xanhüseynli

Avqust 2026

Mənbə: Odlar.media

Etiketlər: