XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:20:24 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Peru İrana qarşı diplomatik addım atdı – Əlaqələr kəsildi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Peru hökuməti İran İslam Respublikası ilə diplomatik əlaqələri dayandırmaq qərarına gəlib.
Bu barədə Perunun Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, qərar Perunun sülhə, beynəlxalq hüquqa və demokratiyanın müdafiəsinə sadiqliyi əsas götürülərək qəbul edilib.
Peru Xarici İşlər Nazirliyi İranın Hörmüz boğazında tətbiq etdiyi sərt məhdudiyyətlərdən ciddi narahatlıq ifadə edib. Nazirlik hesab edir ki, bu məhdudiyyətlər beynəlxalq ticarətə mənfi təsir göstərir.
Diplomatik münasibətlərin kəsilməsinə baxmayaraq, Peru İran ərazisində olan vətəndaşlarına konsulluq xidmətlərinin göstərilməsini davam etdirəcəyini açıqlayıb.

Odlar.media

Etiketlər: