🌐 Keçmişin izi, gələcəyin sözü
02 Sentyabr 2026, saat 12:06   •   🌡️ Bakı

Sumqayıtda qadını avtomobil vuraraq öldürdü

Odlar.media xəbər verir ki, Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə dünən, saat 12 radələrində şəhərin 49-cu məhəllə adlanan ərazisində qeydə alınıb.
Belə ki, 1963-cü il təvəllüdlü Y. Əsgərov idarə etdiyi “Kia Sorento” markalı avtomobillə yolu keçən 1980-ci il təvəllüdlü Süleymanova Gülnarə Rafiq qızını vurub.
Qəza nəticəsində ağır xəsarətlər alan qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Odlar.media xəbər verir ki, hadisənin digər təfərrüatları araşdırmanın nəticələrinə əsasən müəyyənləşəcək.