Odlar.media xəbər verir ki, Nepalda avqustun 26-da baş verən dağıdıcı daşqınlar nəticəsində ölənlərin sayı 1 127 nəfərə çatıb.
Yerli medianın Nepal polisinə istinadən yaydığı məlumata görə, hazırda 4 858 nəfərin taleyindən xəbər yoxdur. Onların tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Xatırladaq ki, avqustun 26-da Nepalın şimalında güclü daşqın baş verib. Fəlakət Rasuva bölgəsi və ətraf ərazilərdə ciddi dağıntılara səbəb olub. İlkin məlumatlara əsasən, hadisəyə Nepal-Çin sərhədində, “Rasuvaqadi” sərhəd-keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə baş verən qaya və buzlaq kütləsinin çökməsi nəticəsində yaranan sel səbəb olub.
Axtarış-xilasetmə işləri çətin hava şəraiti, dağılan yollar və digər infrastrukturun zədələnməsi fonunda davam etdirilir.
Odlar.media
