XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:36:23 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Tramp: İranla danışıqlara başlamağa çalışmıram

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla danışıqlara başlamağa çalışmadığını bildirib.
Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib. O, ABŞ-ın İranı danışıqlar masasına qaytarmağa çalışdığı barədə yayılan məlumatları təkzib edib.
“ABC-nin saxta xəbərlərində bildirildiyi kimi, İranı danışıqlar masasına oturtmağa çalışmıram. Onlar üçün faydasız olan bir saziş imzalayıb-imzalamayacağı mənə heç bir əhəmiyyət daşımır”, – Tramp yazıb.
ABŞ lideri hazırkı vəziyyətin onun üçün daha məqbul olduğunu vurğulayıb. Tramp ABŞ-ın “Hörmüz boğazına demək olar ki, tam nəzarət etdiyini”, İran iqtisadiyyatının isə “tamamilə dağıldığını” iddia edib.
“Onlar sadəcə qaçılmaz olanla barışırlar. İran xalqı nə vaxt ayağa qalxacaq və mübarizəyə başlayacaq?” – deyə Tramp əlavə edib.

Odlar.media

Etiketlər: