🌐 Keçmişin izi, gələcəyin sözü
02 Sentyabr 2026, saat 11:08   •   🌡️ Bakı

İran Bəhreyndə ABŞ mövqelərinə PUA zərbələri endirib

Odlar.media xəbər verir ki, İran ordusu Bəhreyndə yerləşən ABŞ-a məxsus radar qurğularını və hərbi toplanma mərkəzlərini pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə aldığını açıqlayıb.
Məlumata görə, hücumlar İranın cənub bölgələrinə qarşı həyata keçirilən zərbələrə cavab olaraq təşkil olunub.
İran tərəfinin açıqlamasında Bəhreyndəki ABŞ hərbi infrastrukturunun hədəfə alındığı bildirilib. Hücumların nəticələri barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, İranın Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə qarşı PUA və raket zərbələri endirdiyi barədə daha əvvəl də məlumatlar yayılıb.

Odlar.media