🌐 Keçmişin izi, gələcəyin sözü
01 Sentyabr 2026, saat 18:16   •   🌡️ Bakı

Təbrizdə 7 aylıq uşağa adla bağlı sənəd verilmədi – ailə məhkəməyə müraciət etdi

Odlar.media xəbər verir ki, İranın Təbriz şəhərində Vətəndaşlıq Qeydiyyatı İdarəsi 7 aylıq uşağa valideynlərinin seçdiyi “Bərkay” adı ilə bağlı sənəd verməkdən imtina edib.
Məlumata görə, idarə bu adın İranda qəbul edilən rəsmi adlar siyahısında yer almadığını əsas gətirib.
Uşağın valideynləri yaranmış problemin həlli üçün vəkil vasitəsilə məhkəməyə müraciət ediblər. Lakin məhkəmə Vətəndaşlıq Qeydiyyatı İdarəsinin mövqeyini dəstəkləyərək ailənin əleyhinə qərar çıxarıb.
Beləliklə, ailənin övladına seçdiyi “Bərkay” adının rəsmiləşdirilməsi ilə bağlı mübarizəsi davam edir.

Odlar.media