🌐 Keçmişin izi, gələcəyin sözü
02 Sentyabr 2026, saat 19:23   •   🌡️ Bakı

Dilarə Əliyevadan qayınatası Vidadi Əliyevə duyğusal təbrik: “Yaşayın ki, Oqtayın ruhu şad olsun”

Odlar.media xəbər verir ki, Əməkdar artist Dilarə Əliyeva qayınatası, Xalq artisti Vidadi Əliyevin 81 yaşı tamam olması münasibətilə sosial şəbəkədə paylaşım edib.
Aktrisa paylaşımında Xalq artistini doğum günü münasibətilə təbrik edərək ona uzun ömür və cansağlığı arzulayıb:
“Sizə uzun ömür arzulayıram! Çox, lap çox yaşayın! Yaşayın ki, Oqtayın ruhu şad olsun! Çünki, əlimizdən yalnız bu gəlir!”.
Vidadi Əliyevin oğlu, aparıcı Elçin Əlibəyli də atasının doğum günü ilə bağlı paylaşım edib. O, atasına ünvanladığı təbrikdə “Bu gün 81 yaşın tamam oldu! Mənim üçün ən böyük adamsan! Sənə sağlıq diləyirəm!” sözlərini yazıb.
Qeyd edək ki, Dilarə Əliyeva Vidadi Əliyevin oğlu, mərhum prodüser Oqtay Əliyevlə ailəli olub. Oqtay Əliyev 2023-cü il martın 22-də avtomobil qəzası nəticəsində vəfat edib.

Odlar.media