🌐 Keçmişin izi, gələcəyin sözü
01 Sentyabr 2026, saat 17:17   •   🌡️ Bakı

Gömrükdə böyük məbləğdə gizlədilən yük aşkarlandı – 232 min manatlıq mallar

Odlar.media xəbər verir ki, Balakən Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi yoxlama zamanı Gürcüstandan Azərbaycana gətirilən yüklər arasında gömrük nəzarətindən gizlədilən mallar aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, “Mazımqara” gömrük postunda Gürcüstandan ölkəyə daxil olan və qarışıq yük daşıyan iki yük avtomobili yoxlanılıb.
Baxış zamanı nəqliyyat vasitələrindən ümumi dəyəri 232 min 185 manat olan və gömrük bəyannaməsində göstərilməyən, yaxud düzgün bəyan edilməyən müxtəlif mallar – linzalar, məişət avadanlıqları, tibbi və kosmetik vasitələr aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

Odlar.media