🌐 Keçmişin izi, gələcəyin sözü
01 Sentyabr 2026, saat 16:19   •   🌡️ Bakı

Tehranın azad bazarında dollar 210 min tümən həddini keçdi

Odlar.media xəbər verir ki, Tehranın azad valyuta bazarında ABŞ dollarının məzənnəsi yeni tarixi maksimuma yüksəlib.
Bazar ertəsi günortadan sonra dolların məzənnəsi 210 600 tümənə çataraq 210 min tümənlik psixoloji həddi keçib. Avronun məzənnəsi də rekord yeniləyərək 244 min tüməni ötüb.
Azərbaycan manatı da İranın azad bazarında bahalaşıb. Manatın məzənnəsi 124 min tüməndən yuxarı qalxıb.
Beləliklə, son bir həftə ərzində Tehranın azad bazarında ABŞ dollarının qiyməti təxminən 20 min tümən artıb.
Qeyd edək ki, İranın qeyri-rəsmi valyuta bazarında dolların məzənnəsi sentyabrın 1-də də yüksəlişini davam etdirib. Cari bazar məlumatlarında dolların 212 min tümən ətrafında, avronun isə 246 min tümənə yaxınlaşdığı görünür.

Odlar.media