🌐 Keçmişin izi, gələcəyin sözü
01 Sentyabr 2026, saat 14:03   •   🌡️ Bakı

Pezeşkian ABŞ-a mesaj göndərdi: “Öhdəliklərinizə əməl edin, qarşılığını verək”

Odlar.media xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın İslamabad memorandumunda nəzərdə tutulan şərtlərə əməl etməyə qayıdacağı təqdirdə, Tehranın da buna qarşılıq verəcəyini bildirib.
Pezeşkian bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı danışıb.
İran Prezidenti qeyd edib ki, Vaşinqtonun əvvəlki razılaşmalar üzrə öhdəliklərini pozmasına Tehran adekvat cavab verib. Onun sözlərinə görə, ABŞ öz razılaşmalarına yenidən əməl etməyə başlayarsa, İran da qarşılıqlı addımlar atmağa hazırdır.
Pezeşkian vurğulayıb ki, İran beynəlxalq öhdəliklərə sadiqlik baxımından ABŞ-dan fərqli olaraq qüsursuz təcrübəyə malikdir və beynəlxalq hüququn normalarına ciddi şəkildə əməl edir.
İran Prezidenti daha əvvəl İslamabad memorandumunu sülh baxımından tarixi sənəd kimi qiymətləndirib. Onun sözlərinə görə, sənəd qarşılıqlı hörmət əsasında sülhün mümkün olduğunu nümayiş etdirib.

Odlar.media