XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:18:20 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Sabiq Balakən icra başçısının həbs müddəti uzadıldı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Səbail Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. Məhkəmənin qərarı ilə İslam Rzayev barəsində həbs qətimkan tədbiri daha 3 ay müddətinə uzadılıb.
Qeyd edək ki, İslam Rzayev ötən ilin oktyabr ayında həbs edilib. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.
İslam Rzayev oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Odlar.media

Etiketlər: