XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:36:51 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Qalapaqosdan 32 dəniz iquanasını qaçaqmalçılıqla çıxarmağa cəhd edildi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Ekvadorda gömrük əməkdaşları 32 dəniz iquanasının qanunsuz yolla ölkədən çıxarılmasının qarşısını alıblar.
Hadisə Ekvadorun paytaxtı Kitodakı hava limanında baş verib. Yüklərin yoxlanılması zamanı adı açıqlanmayan Rusiya vətəndaşının baqajından Qalapaqos adalarına məxsus 32 dəniz iquanası aşkarlanıb.
Həmin şəxs vəhşi heyvanların qanunsuz ticarətində ittiham olunaraq saxlanılıb. İquanaların necə əldə edildiyi və hansı ölkəyə aparılmasının planlaşdırıldığı barədə məlumat açıqlanmayıb.
Dəniz iquanası okeanda üzə bilən və suyun altında qidalanan yeganə kərtənkələ növü hesab olunur. Bu nadir heyvanlara yalnız Ekvadora məxsus Qalapaqos adalarında rast gəlinir.
Məlumata görə, dəniz iquanasının qara bazardakı qiyməti 20-25 min ABŞ dolları arasında dəyişir.

Odlar.media

Etiketlər: