🌐 Keçmişin izi, gələcəyin sözü
29 Avqust 2026, saat 00:04   •   🌡️ Bakı

Fethiyedə meşə yanğını: evlər və qocalar evi təxliyə edildi

Odlar.media xəbər verir ki, Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda, şəhər mərkəzinə yaxın Karagedik məhəlləsində meşə yanğını baş verib.
Yanğın avqustun 28-də yerli vaxtla saat 19:30 radələrində başlayıb. Güclü küləyin təsiri ilə alov qısa müddətdə geniş əraziyə yayılıb və yaşayış məntəqələrinə yaxınlaşıb.
Hadisə yerinə çoxsaylı yanğınsöndürənlər və meşə təsərrüfatı əməkdaşları cəlb olunub. İlkin mərhələdə yanğına həm havadan, həm də qurudan müdaxilə edilib.
Alovların yaşayış ərazilərinə çatması ilə əlaqədar bir sıra evlərin təxliyəsinə başlanılıb. Fethiye Qocalar Evi də təhlükəsizlik məqsədilə boşaldılıb. Qocalar evindəki yaşlıların Fethiye Dövlət Xəstəxanasına yerləşdirildiyi bildirilib.
Son məlumatlara görə, bəzi evlər alovlardan zərər görüb. Ərazidə küləyin güclü olması söndürmə işlərini çətinləşdirir və yanğının nəzarətə alınması istiqamətində tədbirlər davam etdirilir.

Odlar.media