Odlar.media xəbər verir ki, avtomobil nəqliyyatının gələcəyinin böyük ehtimalla hibrid modellərlə bağlı olacağı düşünülür.
Bunu Rusiya Prezidenti Vladimir Putin avqustun 28-də Nijni Novqorodda avtomobil klasterinə səfəri zamanı bildirib. O, burada avtomobil sənayesinin inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
Putin qeyd edib ki, Avropada elektrikli avtomobillərə böyük həcmdə investisiya yatırılması ilə bağlı suallar yaranır.
“Gələcək, ehtimal ki, hibrid nəqliyyat vasitələri ilə bağlıdır. Mənim fikrimcə, bizim üçün daxili yanma mühərrikli avtomobillər daha perspektivlidir”, – deyə Rusiya lideri bildirib.
Qeyd edək ki, Putin səfəri çərçivəsində Nijni Novqorod avtomobil klasterində yeni nəsil “Qazel”lər üçün hazırlanmış modul platforma ilə də tanış olub. Platformada dizel, benzin, qaz mühərriki, hibrid modifikasiya və elektrik qurğusundan istifadə imkanları nəzərdə tutulub.
Odlar.media
